Nigar Yaqublu azadlığa buraxıldı

2 Mart 2013 14:50 (UTC+04:00)
Müsavat Partiyasının məclis üzvü azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, Nigar Yaqublu bu dəqiqələrdə evlərinə gedir.

N. Yaqublunun vəkili Nemət Kərimli APA- ya bildirib ki, Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Onun sözlərinə görə, qanuna uyğun olaraq N. Yaqubluya gün ərzində 12 saat sərbəstlik verilib və o bu müddəti evində, doğmaları ilə bir yerdə olacaq.

Qeyd edək ki, Nigar Yaqublu ötən il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum olunub. Həmin hökmdən isə apellyasiya şikayəti verilib. Şikayət təmin olunmayıb.