Qadın jurnalist 3 gün yoxa çıxdı, tapılanda heç nə xatırlamadı

10 Yanvar 2018 11:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, jurnalist bir restoranın avtoparkında polislər tərəfindən aşkar edilib.

Sonuncu dəfə iş yoldaşları ilə 6 yanvar tarixində danışan Roland bir daha zənglərə cavab verməyib. Ev yoldaşının verdiyi açıqlamaya görə, Roland ona mesaj ataraq mavi bir yük maşınının onu təqib etdiyini yazıb.

Polisdən verilən məlumatda jurnalistin yaddaşının yerində olmadığı və başına nə gəldiyini xatırlamadığı bildirilib. Fiziki baxımdan heç bir zərər görməyən jurnalist xəstəxanaya yerləşdirilib (publika).