"Əl-Qaidə”nin ölüm siyahısı açıqlandı

2 Mart 2013 22:03 (UTC+04:00)
Terror təşkilatı olan "Əl-Qaidə"nin ölü və ya diri axtarılanlar siyahısı dərc edilib. "Əl Qaidə" ilə əlaqəsinin olduğu bildirilən "Inspire" jurnalında dərc olunan siyahıda siyasətçilər, sənət adamlari və jurnalistlərin adı var.

Siyahıda aşagıdakı şəxslərin adlari yer alıb:

Ayan Hirsi Əli:
Əslən Somalidən olan hollandiyalı siyasətçi. Ölkədə müsəlman qadınların huquqsuzluğunu nümayiş etdirən "İtaət" filminin ssenari müəllifidir. Qeyd edək ki, filminin rejissoru Theo van Gogh öldürülüb.

Carsten Just və Flemminq Rose:
Danimarkada yayımlanan və Məhəmməd peyğəmbərin karikatursını dərc edın "Jyllands-Posten" qəzetinin rəhbərləri.

Kurt Westerqard:
Məhəmməd peyğəmbərin kariktursında bomba şəklindən istifadə edən karikuraçı.

Lars Vilks:
Həzrəti Məhəmmədin karikaturalarının daha bir müəllifi.

Morris Sadek:
Misir əsilli amerikalı rejissor. İslam dünyasında böyük etirazlarla qarşılanan "Müsəlmanların məsumiyyəti" filminin rejissoru.

Salman Rüşdi:
Hind əsilli yazıçı. "Şeytan Ayələri" kitabına görə İran tərəfindən ölümünə fətva verilən yazıçı.

Geert Wilders:
Hollandiyalı siyasətçi. Azadlıq Partiyasının qurucusu, "Müsəlmanlara yox, islama nifrət edirəm" sözlərinin müəllifi.

Stefan Karbonier:
Fransada çap edilən "Charlie Hedbo" siyasi jurnalının baş direktoru. Məhəmməd peyğəmbəri hədəf alan karikatiuraların dərcinə şərait yaradıb.

Terri Con:
İslama etiraz etmək üçün "Quran"ı yandıran din xadimi.

Elnarə Əlosmanqızı
AzNews.az