Rəqqasə qayınanasını məhkəməyə verir - “Arada oğlu var deyə...”

10 Yanvar 2018 16:48 (UTC+04:00)

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sevda Sanəliyeva bu günə kimi qayınanasının təhqirlərinə ərinə görə dözdüyünü qeyd edib:

“Onun hədə-qorxu gəldiyinə görə həm polisə, həm də məhkəməyə verərdim. Amma arada oğlu var deyə dözürdüm. İndi isə dözməmək qərarına gəlmişəm. Hədə-qorxuların, təhqirlərin ardı kəsilməsə, məhkəməyə baş vuracam”.

Qeyd edək ki, rəqqasə Sevda Sanəliyevanın qayınanası gəlinin haqqında təhqiredici ifadələr işlədib, rəqqasənin uşaqlarının guya İlkin adlı şəxsdən olduğunu iddia edib.

Bahar RÜSTƏMLİ
AzNews.az