Xırdalanda yataqxana yanır - Yenilənib

12 Yanvar 2018 11:44 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu mənzillər yanğından mühafizə olunub.

***

10:37

Xırdalanda yataqxana binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az