Rusiya “Hmeymim”ə görə qisas aldı - Video

12 Yanvar 2018 19:53 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Xüsusi əməliyyatda Rusiyanın Suriyadakı çoxsəviyyəli kəşfiyyat sisteminin bütün qüvvələri iştirak edib. Məlum olub ki, terrorçular İdlib vilayətinin qərb sərhədi yaxınlığında mövqe tutublar. Onlar yüksək dəqiqliyə malik “Krasnopol” döyüş sursatı ilə məhv edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən dekabrın 31-də Suriyadakı “Hmeymim” aviabazası mobil təxribat qrupunun hücumuna məruz qalıb. Hücum nəticəsində iki hərbçi ölüb. Bəzi hərbi təyyarələrin zərər gördüyü də bildirilir.