Şəmkirdə sürücü sükan arxasında ölüb

12 Yanvar 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb.

İlkin məlumata görə, cəsədin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.