Bəşər Əsədə sui-qəsd hazırlanır – İranın iddiası

4 Mart 2013 08:02 (UTC+04:00)



"Fransa və Türkiyənin xüsusi xidmət orqanları Suriyanın dövlət başçısı Bəşər Əsədə sui-qəsd hazırlayır". Belə bir iddia ilə İran mətbuatı çıxış edib.

"Fars" xəbər agentliyi və "Press TV"nin məlumatına görə, Əsədlə yanaşı, Suriyanın xarici işlər naziri Vəlid Müəllimə də sui-qəsd edilməsi planlaşdırılır: "Bundan əvvəl də Əsəd hakimiyyətini devirməyə çalışan, ancaq buna müvəffəq ola bilməyən Türkiyə və Fransa xüsusi xidmət orqanları ortaq əməliyyat hazırlayır".

Xəbərlərə görə bu plana Səudiyyə Ərəbistanı, Qətər və Amerikadan da dəstək gəlib.

Elnarə
AzNews.az