5,5 kiloqramdan artıq narkotik aşkarlandı: DİN əməliyyat keçirib

13 Yanvar 2018 12:26 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Samux rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə də baxış keçirilib və oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb.