Məşhurlar ayrıldı

13 Yanvar 2018 21:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni Sıla öz İnstaqram səhifəsində Əhməd Kuralı izləyicilər siyahısından çıxarıb və onunla olan bütün şəkillərini silib. Sılanın dostları da onların ayrılmasını təsdiqləyib. Lakin, cütlük bu barədə hələ ki, heç bir açıqlama verməyib. Əhməd Kural isə sevgilisini izləyicilər siyahısından çıxarmayıb və onunla bağlı şəkillərini də silməyib.

Cütlük bir il idi ki, eşq yaşayırdı, onların evlənəcəkləri barədə xəbərlər yayılmışdı.