"Neftçi" "Keşlə"yə uduzdu

14 Yanvar 2018 18:11 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasının stadionunda baş tutan görüş “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yuri Maksimovun komandasından qolları Məqsəd İsayev və Pərdis Fərcad Azad vurublar. “Neftçi”dən isə Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, bu, “Keşlə”nin qış fasiləsində ikinci yoxlama oyunudur. Komanda bundan əvvəl birinci divizion təmsilçisi “Qaradağ-Lökbatan”ı 3:1 hesabı ilə məğlub edib.