Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq

15 Yanvar 2018 13:41 (UTC+04:00)

Boks Federasiyasından verilən məlumata görə, 10 çəki dərəcəsi üzrə baş tutacaq birincilik Boks Mərkəzində təşkil olunacaq.

Qalib adı uğrunda 140 idmançı qüvvəsini sınayacaq.

Döyüşlər hər gün saat 14:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 19-da keçiriləcək.

AzNews.az