“Dünyanı nüvə savaşından Çin xilas edəcək”: britaniyalı nazir

16 Yanvar 2018 11:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson “Guardian” nəşrinə açıqlamasında deyib.

“Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib.

Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir:

“Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət 2017-ci ildə Şimali Koreyanın ballistik raket və nüvə sınaqları həyata keçirməsindən sonra kəskin pisləşib. 2017-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası Şimali Koreya barəsində yeni beynəlxalq sanksiyaları tətbiq edib(publika).