Azərbaycanda xarici valyutada əmanətlərin həcmi azalıb

15 Yanvar 2018 16:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat və ya 14,3% azalma var.

Bununla yanaşı, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 95,9 mln. manat və ya 4,4% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 5,5 mln. manat və ya 0,11% azalıb.