Ağdaşda gənc oğlan bıçaqlanıb

15 Yanvar 2018 22:11 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.

Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.

Faktla bağlı araşdırma aparılır.