Mourinyo futbolçunu təhqir etdi- VİDEO

4 Mart 2013 10:19 (UTC+04:00)



ANS PRESS-in verdiyi xəbərə görə, "Real"ın məşqçisi Joze Mourinyo kataloniyalıların müdafiəçisi Dani Alvesi təhqir edib.
"El Klassiko"dan sonra mətbuatda yayılan video görüntüdə Joze Mourinyo Ronaldoya qarşı kobud oynayan "Barselona"lı oyunçunu "Hijo de puta", yəni "yaramaz" adlandırıb.

Xatırladaq ki, 55 xal toplayan "Real" 3-cü yerlə kifayətlənib. "Barselona" isə turnir cədvəlində liderlik edir.




AzNews.az