Azərbaycanın neft və qaz hasilatı azalıb

16 Yanvar 2018 10:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən bu rəqəm 2016-cı ilin göstəricisindən 6% azdır.

Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 38 mln. 688.9 min ton olub. Hansı ki, 2016-cı ildə bu rəqəm 41 mln. 34,2 min ton təşkil edib.

2017-ci ildə Azərbaycan qaz hasilatını 3%-ə yaxın azaldıb. Belə ki, ötən il qaz hasilatı 6089 mln. kubmetr təşkil edib.