Almaniyada məktəb avtobusu divara çırpılıb - 47 nəfər xəsarət alıb

16 Yanvar 2018 13:09 (UTC+04:00)

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polisdən 37 nəfərin yüngül yaralandığı, 10 nəfərin isə ağır vəziyyətdə olduğu bildirilib. Yaralıların çoxu uşaqlardır.

Son məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi bir neçə avtomobillə toqquşduqdan sonra evin divarına çırpılıb.

AzNews.az