Erməni əsgər öldü

16 Yanvar 2018 13:10 (UTC+04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-na keçən gecə Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin müdafiə məntəqəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Arutyun Xaçatryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Araşdırma aparılır.

AzNews.az