100 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb - 15 gün ərzində

16 Yanvar 2018 13:15 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günündə güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzNews.az