Partiya lideri sui-qəsdlə öldürüldü

16 Yanvar 2018 14:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

İvanoviçin vəkili Neboş Vlaiç Blic qəzetinə bildirib:

“Deyəsən, o, yerindəcə ölüb. Hazırda onun beş güllə yarası aldığı bizə məlumdur. O, dərhal xəstəxanaya çatdırılıb, həkimlər onu xilas etməyə çalışıblar, lakin bu, faydasız olub”.

Polis sui-qəsd faktını təsdiqləyərək bildirib ki, siyasətçi xəstəxanadadır. Bütün asayiş keşikçiləri hücum edənlərin axtarışına yönəldilib.

KİV-də yayılan xəbərlərə görə, sui-qəsd siyasətçi öz partiyasının binasına girərkən baş verib. Polis yaxınlıqda yerləşən məhəllələrin giriş-çıxış yollarını bağlayıb.

Oliver İvanoviç Kosovo serblərinin liderlərindən biridir. Vaxtilə Serbiya hökumətində Kosovonun işləri üzrə nazirlikdə dövlət katibi işləyib. 1999-cu və 2000-ci illərdə həmin regionda mülki alban vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərdə ittiham olunaraq 9 il həbs cəzasına məhkum edilib.

İvanoviçin öldürülməsi ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç milli təhlükəsizlik şurasının iclasını keçirəcək(azərtac).