“O, mənə zəng etməyənə qədər, mən zəng etməyəcəm...” - Ərdoğandan Trampa

16 Yanvar 2018 15:11 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o, mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.

Türkiyə lideri vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq telefon müzakirələri aparırlar: “Sonuncu dəfə 2-3 gün əvvəl danışmışıq”.

AzNews.az