Misirdə tarixi artefaktları oğurlayanları ömürlük həbs cəzası gözləyir

16 Yanvar 2018 15:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, bu barədə ölkə parlamentinin qəbul etdiyi qərarda deyilir. Sənəddə qeyd olunur ki, tarixi artefaktları və qədim abidələri oğurlayan şəxslər Misirin mədəni irsinin əsas düşmənləridir və bu cinayətləri törədənlərə qarşı cəzalar sərtləşdirilməlidir.

Qeyd edək ki, bu qərara qədər belə cinayətlər törədən şəxslər 7 il azadlıqdan məhrum edilir və 50 min dollara qədər cərimə olunurdular(azərtac).