Kriptovalyuta bazarının kapitallaşması 35% azalıb

16 Yanvar 2018 16:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kriptovalyuta bazrının kapitallaşması 540 mlrd. dollara qədər geriləyib.

Xatırladaq ki, kriptovalyuta bazarının maksimal kapitallaşması (831 mlrd. dollar) tarixi rekord həddə yanvar ayının 8-də çatıb. Hazırda bazarın kapitallaşması bu həddən 35% aşağıdır. "Bitcoin"in qiyməti bu gün 15% azalaraq 11 500 dollara geriləyib. Kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 21%, "Ripple" 30% dəyərdən düşüb.

Kriptovalyutaların ucuzlaşmasına səbəb qlobal kriptovalyuta bazarına hökumətlər tərəfindən nəzarətin gücləndirilməsi və bazarın tənzimlənməsi xəbərləri olub. Kriptovalyutaların daha 10% ucuzlaşması istisna edilmir(report).