Amerikadan Misirə 250 milyon dollar yardım

4 Mart 2013 11:11 (UTC+04:00)


Misir Prezidenti Məhəmməd Mursi iqtisadi islahatları artırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqları davam etdirəcəyinə söz verdikdən sonra ABŞ dövlət katibi Con Kerry bazar günü verdiyi açıqlamasında Amerikanın Misirə 250 milyon dollar yardım edəcəyini söyləyib.

Misir prezidenti ilə 2 saatlıq görüşdən sonra Amerika rəsmisi, yardım qərarı Misir dövlətinin "son dərəcə ehtiyac" içində olduğunu və Misir hökumətinin Beynəlxalq Valyuta Fondu ilə 4.8 milyard kredit paketi üzərində bir ildən artıq davam edən danışıqların razılıqla bitəcəyini bildirib.

Con Kerrynin yaydığı bəyanata görə, o və Mursi görüş zamanı gələcək seçkilərin şəffaflığın təminatına ehtiyac olduğunu müzakirə ediblər, amma bəyanatda Misir prezidentinə yardımı almaq üçün seçkilərlə bağlı heç bir öhdəlik qoyulduğu vurğulanmayıb.

Xatırladaq ki, Misirdə növbəti parlament seçkiləri bu ilin Aprel ayına planlaşdırılır. Bəzi müxalifət qrupları Məhəmməd Mursinin və onun Müsəlman Qardaşları hərəkatının Misir siyasətini öz nüfuzlarında saxlamaq istəklərini nəzərə alaraq seçkiləri boykot edəcəklərini söyləyiblər. Con Kerrynin sözlərinə görə, iqtisadi inkişafın təmini üçün müxalifətlə iqtidar arasında razılaşma və bəzi siyasi dəyişiklər labüddür.

Şamxal Əbilov
AzNews.az