Asqıranda burnunu tutdu - Xəstəxanalıq oldu

16 Yanvar 2018 17:09 (UTC+04:00)

Trend-in məlumatına görə, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib.

Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər.

O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.

İki həftəyə yaxın müddətdən sonra xəstə evə buraxılıb və ona asqırma zamanı burnunun tutmamaq məsləhət görülüb.

AzNews.az