Fars körfəzinin ən böyük banklarından biri Türkiyəyə gəlir

16 Yanvar 2018 17:19 (UTC+04:00)

AzNews.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bank rəhbərinin müavini Heşam əl-Qasım söyləyib. Onun sözlərinə görə, Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanı və Misirdə də yeni nümayəndəlik açılacaq.

Qeyd edək ki, “Emireyts NBD” Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. Bank Fars körfəzinin ən böyük banklarından biri sayılır. Hazırda bankın 7 min işçisi var. Bankın ümumi dəyəri 121 milyard dollardır. “Emireyts NBD”nin rəhbərlərindən biri Dubay əmirinin əmisi şeyx Əhməd bin Saed əl Məktumdur.