İnsan sağlamlığı üçün təhlükəli bakteriyalar aşkarlandı - Toyuq ətində

16 Yanvar 2018 17:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, araşdırma üçün müxtəlif broyler toyuqlar seçilib. Bütün nümunələrdə mikrobioloji göstəricilərin pozulduğu ortaya çıxıb. Xüsusilə, mikrobioloji çirklənmə səviyyəsi və sanitar qaydalara riayət edilməməsi, habelə saxlama vaxtı və rejiminin göstərilən normanı əhəmiyyətli dərəcədə aşdığı bildirilib. İki seçilmiş yarımfabrikat məhsulda insan sağlamlığı üçün təhlükəli bakteriya aşkar edilib: listeria və salmonella. Onların kütlələsinin müxtəlif preparatlarla 2 dəfə artırıldığı məlum olub.