Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər

16 Yanvar 2018 18:00 (UTC+04:00)

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təlimlərdə Gürcüstanla yanaşı Azərbaycan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də iştirak edirlər.

Tədbirdə hərbçilər dağlıq ərazilərdə qarlı havalarda manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunu altında qalmış insanlara ilkin tibbi yardımların göstərilməsi, onların təxliyyəsi və s. sahələrdə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuracaq hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Hərbi təlimlər fevralın 2-də başa çatacaq.

AzNews.az