Nəcməddin Sadıkov NATO-nun iclasında - Foto

16 Yanvar 2018 20:13 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.