Salyanda inkubator sexi kül oldu - Foto

16 Yanvar 2018 20:25 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini Nazim Orucova məxsus inkubator sexində qəfil yanğın baş verib. Yanğın nəticəsində inkubator avadanlıqları və tikililər yanaraq yararsız vəziyyətə düşüb.

Yanğın, hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb və onun hansı səbəbdən törənməsi barədə araşdırmalara başlanılıb.