Şəmkir sakini özünü bıçaqladı

16 Yanvar 2018 21:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.