Avtobus aşdı - 3 nəfər öldü

17 Yanvar 2018 09:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında yüksək sürətli yolda baş verib. İçərisində 54 sərnişinin olduğu avtobus kiçik bir yük maşını ilə toqquşub. Toqquşma nəticəsində idarəetməni itirən avtobus aşıb.

Hazırda üç nəfərin ölümü təsdiqlənib, 51 nəfər xəstəxanaya yerləşdirilib.