İlham Zəkiyevə yeni vəzifə verildi

17 Yanvar 2018 11:59 (UTC+04:00)

Qurumdan “Report”a verilən məlumata görə, bu barədə qərar MPK-nın Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, Məşqçilər Şurasının (MŞ) sədri MPK-nın baş katibi vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icra edən Kamal Məmmədov təyin edilib. MŞ-nın tərkibində Rauf Mürsəlov, İbrahim İbrahimov, Alavərdi Culfayev, Oleq Panyutin, İlqar İbişov və Tərlan Hacızadə yer alacaqlar.

İntizam Komissiyasının sədri vəzifəsi ikiqat paralimpiya, ikiqat dünya, və yeddiqat Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının qalibi, MPK-nın vitse-prezidenti İlham Zəkiyevə həvalə olunub. Komissiyanın üzvləri isə Mehman Kərimov, Səlhət Abbasova, Yaşar Hacıyev və Elxan Rəhimovdur.

AzNews.az