7 milyardlıq səfər - Sənədlər ABŞ-da imzalandı

17 Yanvar 2018 12:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Nazarbayev ABŞ prezidenti Donald Tramp ilə görüşüb və Qazaxıstanın 7,5 milyard dollarlıq Amerika məhsulları almağa hazır olduğunu açıqlayıb. Tramp da öz növbəsində Qazaxıstana ixracın ABŞ-da yeni iş yerlərinin sayını artırmasına imkan verdiyini qeyd edib.

Qazaxıstanın baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə Nazarbayevin ABŞ-a səfəri çərçivəsində 20-dən çox müqavilə imzalanıb.