İsa Qəmbər terapiya şöbəsinə köçürüldü

17 Yanvar 2018 13:06 (UTC+04:00)

Bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: “Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”.

İ.Qəmbərin nə zaman evə buraxılmasına gəlincə F.İbrahimov qeyd edib ki, sabah o, təkrar müayinədən keçiriləcək və bundan sonra dəqiq qərar veriləcək.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

AzNews.az