Bakıda iki qardaş yenidən həbs edildi

17 Yanvar 2018 13:29 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar Murad Quliyev və qardaşı Tərlan saxlanılıblar.