17 yaşlı qızın intiharının təfərrüatı: “Dilarə evdən qaçmışdı...”

17 Yanvar 2018 15:27 (UTC+04:00)

Dəllər qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Dilarə Rəhmova düz bir il bundan əvvəl evlərindən qaçıbmış:

“Dilarənin atası yoxdur, anası ilə yaşayır. Bir il əvvəl evdən qaçmışdı, tapıb evə qaytarmışdılar. Bir ildən sonra özünü həyətlərindəki ağacdan asdı”.

Qeyd edək ki, Şəmkirdə intihar hadisəsi olub. Rayonun Dəllər qəsəbə sakini, 2000-ci il təvəllüdlü Dilarə Anar qızı Rəhimova yaşadığı evdə özünü asaraq intihar edib.

Bahar RÜSTƏMLİ
AzNews.az