ABŞ-dan vətəndaşlarına xəbərdarlıq - Vəsiyyətinizi yazın, sonra gedin!

17 Yanvar 2018 16:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ Dövlət Departamenti vətəndaşlarına Şimali Koreyaya səfər etməzdən əvvəl öz vəsiyyətlərini yazmalarını, uşaqlarını və ev heyvanlarını güvəndikləri şəxsə etibar etməyi, o cümlədən dəfn mərasiminin əvvəlcədən təşkil etmələrinə dair xəbərdarlıq edib.

İki il əvvəl Pyongyangda yaşayan 22 yaşlı amerikalı tələbə qaldığı hoteldə siyasi bir sənədi oğurladığına görə 15 il həbs cəzasına məhkum edilib və ağır işlərə sövq edilib. 15 aydan sonra tibbi səbəblərdən azad edilib və beynində problemlərlə Vaşinqtona gətirilib, orada da həyatını itirib. Bundan sonra rəsmi Vaşinqon Şimali Koreyaya səyahət qadağası qoyur və Şimali Koreyada ABŞ səfirliyi olmadığı üçün vətəndaşlara kömək edə bilməyəcəyi barədə xəbərdarlıq edir.