Jirinovskidən ABŞ-a qəribə təklif: “Olimpdən enmək vaxtıdır”

17 Yanvar 2018 17:21 (UTC+04:00)

"Publika" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-ın qlobal hədəfləri alınmadı. Olimpdən enmək və regional dövlətə çevrilmək vaxtıdır”, - partiya lideri bildirib.

Jirinovski xatırladıb ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çinin əsas təhdidlər olduğu etiraf edilir:

“ABŞ yeni milli təhlükəsizlik strategiyasını dərc etdi. Biz həqiqətən onları keçdik”.

AzNews.az