Trend-in məlumatına görə, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.
Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.
Bu gün Papa I Fransisk Temuko şəhərində hindu icması ilə görüşəcək.
AzNews.az