Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açılıb

17 Yanvar 2018 19:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1992-ci il təvəllüdlü Mircəlal Əziz oğlu Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayan həmyerlisi, 1991-ci il təvəllüdlü Ramin Kərimov barəsində cinayət işi açılıb.

Belə ki, cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şübhəliyə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə Şəmkir şəhərinin ərazisində bazarda ticarətlə məşğul olan M.Mehdiyevlə R.Kərimov arasında şəxsi münasibətlər zəminində baş verib. Hazırda R.Kərimovun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.