Hüquq müdafiəçisi Ramil Usubovla görüşüb

4 Mart 2013 12:08 (UTC+04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib.

E. Behbudov bildirib ki, görüş zamanı Azərbaycanda insan hüquq və azadlıqları barəsində müzakirələr aparılıb: "Bir çox məsələlərdən danışdıq. Polis şöbələrində apardığım monitorinqlərin nəticələri barədə nazirə məlumat verdim".

AzNews.az