Tovuzda avtomobil iki piyadanı vurub

17 Yanvar 2018 20:48 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Qovlar şəhəri ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada - 2002-ci il təvəllüdlü Tapdıq Axundov və 2005-ci təvəllüdlü Emin Adıgözəlovu vurub.

Xəsarət alan piyadalar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, E.Adıgözəlovun vəziyyəti orta-ağır, Tapdıq Axundov isə normaldır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.