İllərdir əziyyət çəkib topladığı pulu, ev almağa gedərkən itirdi - Video

17 Yanvar 2018 23:34 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakıda kirayədə yaşayan Bəhruz Bayramovun sözlərinə görə, əziyyət çəkib topladıqları 21 min 800 manat pul və 5 minat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.

Ailə uzun illər Nərimanov rayonunda yaşayıb. Evləri plana düşdüyü üçün onlara 20 min manat kompensasiya verilib. Bu pulun qarşısılığında yeni ev almaq qərarına gəliblər. Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat verəcəyini deyir.