Avtomobil qadını vurdu - Bakıda

18 Yanvar 2018 08:59 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

AzNews.az