“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədəd viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.
Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Tamerlan Cabbarov, 1980-cı il təvəllüdlü Emin Babayev və 1996-cı il təvəllüdlü Gülnarə İsmayılova saxlanılıb.
Hazırda istintaq davam etdirilir.
AzNews.az