“Belə sürətli oyun gözləmirdim” - Qurban Qurbanov

18 Yanvar 2018 09:57 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


Antlayadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirən ağdamlılar Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Tərəflərin hərəyə iki dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.

Qurbanov görüşü belə şərh edib: “Düzdü, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərmək istədi”.