İlham Əliyev Davos forumunda çıxış edəcək

18 Yanvar 2018 10:22 (UTC+04:00)

APA-nın forumun saytına istinadən verdiyi məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək.

Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.

AzNews.az