Leyla Ramazanlıdan yeni klip - “Azərbaycan”

18 Yanvar 2018 12:25 (UTC+04:00)

İfaçı AzNews.az -a açıqlamasında bildirdi ki, bu mahnı onun repertuarında xüsusi yer tutur:

“Hesab edirəm ki, hər bir ifaçının repertuarında “Azərbaycan” mahnısının olması zəruridir. Bilirsiniz ki, mən vətənpərvərlik mövzusunda bir neçə mahnı ifa etmişəm. “Azərbaycan” mahnısı da onların sırasına daxil oldu. Mənim üçün bu mahnının xüsusi yeri var. Yeni klipimə gəlincə klipin rejissorluğunu Nail Naiboğluna həvalə etdim. Onun maraqlı bir rejissor tərzi var. İşlərini çox bəyənirəm”.

Qeyd edək ki, “Azərbaycan” mahnısının sözləri Arzu Əsədovun, musiqisi isə İsmayıl Əsədovundur.

Sözügedən klipi təqdim edirik: